Pakistan vətəndaşları Hindistanı tərk edir
Hindistan hökumətinin Pakistan vətəndaşlarına verdiyi vizaları ləğv etməsi qərarına əsasən, yüzlərlə Pakistan vətəndaşı artıq ölkəni tərk edib.
TodayPress xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, aprelin 24-dən 27-dək 537 Pakistan vətəndaşı Hindistanı Pəncab əyalətindəki Attari sərhəd keçid məntəqəsi vasitəsilə tərk edib. Rəsmi məlumatlara görə, Hindistan immiqrasiya orqanları bu qərarın tam icrasını yoxlamağa davam edir.
Qeyd edək ki, aprelin 22-də Cammu və Kəşmirin məşhur turistik bölgəsi Pahalqamda baş verən silahlı hücum nəticəsində 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həyatını itirib.
Türkan İsgəndərli
tag: Hindistan,Hərbi,Atışma,Pakistan,todaypress.az,