Pakistan ölkənin şimal-qərbində əməliyyat keçirdi, terrorçular zərərsizləşdirildi

Dünya

26.01.2025 12:15

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində keçirilən üç ayrı əməliyyatda azı 30 terrorçu məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Pakistan Ordusunun məlumatında deyilir.

Məlumata görə, Lakki Marvat ərazisində keçirilən əməliyyat zamanı 18 terrorçu öldürülüb, 6-sı yaralanıb. Karak rayonunda daha 8 terrorçu məhv edilib. Üçüncü toqquşma zamanı qrup liderləri də daxil olmaqla 4 terrorçu öldürülüb, daha ikisi isə yaralanıb.

Terrorçuların özək təşkilatlarına qarşı mübarizə çərçivəsində çoxlu silah və sursat anbarı aşkarlanıb.

Hərbçilər ərazinin təmizlənməsi əməliyyatını davam etdirir.

tag: Pakistan,Xayber Paxtunxva,Ordu,Terror,todaypress.az,