Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır

Dünya

15.05.2025 20:20

16

Pakistan və Hindistan hərbçiləri atəşkəsin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.

TodayPress “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib.

“Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq” XİN başçısı vurğulayıb.

Xatırladaq ki, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.

tag: Pakistan, Hindistan, Atəşkəs, XİN, todaypress.az,