Pakistan Hindistanı müharibə ilə hədələdi

Dünya

24.04.2025 18:39

6

Pakistan Hindistanın Hind çayından su axınını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək.   

TodayPress xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

“Hind Suları Müqaviləsinə əsasən Pakistana məxsus su axınının dayandırılması və ya başqa istiqamətə yönəldilməsi və aşağı sahilyanı dövlətlərin hüquqlarını qəsb etmək cəhdi müharibə aktı kimi qiymətləndiriləcək” deyə bəyanatda bildirilir. 

Töhfə Səməd

tag: Pakistan,Hindistan,Hədə,Müharibə,Todaypress.az,