Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağladı
Pakistan öz hava məkanını Hindistana məxsus aviaşirkətlər üçün bağlayacaq.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurası qərar qəbul edib.
Bildirilib ki, Vagah sərhəd keçid məntəqəsi də bağlanacaq.
Qərar, Hindistanın Cammu və Kəşmir bölgəsində baş verən terror aktından sonra verilib.
Belə ki, aprelin 22-də Pahalqam yaxınlığında silahlı şəxslər turistlərə hücum edərək azı 27 nəfəri öldürüb, təxminən 20 nəfəri yaralayıblar.
Hücuma görə məsuliyyəti Pakistandan gəldiyi bildirilən Müqavimət Cəbhəsi qruplaşması öz üzərinə götürüb. Ekspertlər xəbərdarlıq ediblər ki, iki ölkə arasında gərginlik silahlı qarşıdurmaya çevrilə bilər.
Türkan İsgəndərli
tag: Pakistan,Hindistan,Hava Məkanı,Qarşıdurma,Todaypress.az,