Pakistan hava məkanını bağladı

Dünya

07.05.2025 01:19

19

Pakistan ölkənin hava məkanını 48 saatlıq müddətə bağlayıb. Bu səbəbdən həm daxili, həm də beynəlxalq bütün aviareyslər müvəqqəti olaraq dayandırılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Samaa” aviasiya mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, İslamabad Beynəlxalq Hava Limanı tamamilə bağlanıb, bütün gələn və gedən reyslər Kəraçi aeroportuna yönləndirilib. “Saudi Airlines”a məxsus SV-726 reysi də bu səbəbdən Kəraçiyə enməli olub.

Pakistanın Mülki Aviasiya İdarəsi və digər səlahiyyətli orqanlar sərnişinlərə hava limanlarına getməməyi və evlərinə qayıtmağı tövsiyə ediblər. Bildirilib ki, uçuşlar yalnız təhlükəsizlik vəziyyəti normallaşdıqdan sonra bərpa olunacaq.

Rəsmi açıqlamalarda bağlanmanın səbəbi dəqiq göstərilməsə də, təhlükəsizlik məqsədilə atılmış addım olduğu ehtimal olunur.

Qiymət Mahir

tag: Pakistan ,Hava məkanı,Hindistan,Dünya,todaypress.az,