Pakistan: Eskalasiyanın nəticələri fəlakətli ola bilər
Pakistan Xarici İşlər Nazirliyi rəsmi saytında yaydığı bəyanatda Hindistanla münasibətlərin daha da gərginləşməsinin fəlakətli nəticələr doğura biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bəyanata görə, iki nüvə dövlətinin qarşıdurma yoluna getməsi “tamamilə ağlasığmaz” nəticələrə səbəb ola bilər.
“İki nüvə dövlətinin münasibətlərində eskalasiyanın davam etməsi fəlakətlə nəticələnə bilər. Bu təhlükəli yoldan qaçmaq lazımdır” deyə bəyanatda qeyd olunur.
Diplomatik qurum həmçinin bildirib ki, Pakistan dövlətinin bütün strukturları ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin etmək öhdəliyinə sadiq qalır.
Qiymət Mahir
tag: Pakistan,Hindistan,Xarici İşlər Nazirliyi ,Nüvə,todaypress.az,