Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş etdi
Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd hava limanına təcili eniş edib.
TodayPress xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
tag: Rusiya,Aeroflot,Fərqanə,Moskva,Uzbekistan Airports,todaypress.az,