Özbəkistanda antiterror əməliyyatında 169 nəfər həbs edildi
Dünya
31.01.2025 21:31
Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə yanvarın 27-dən 31-dək ölkə
ərazisində genişmiqyaslı “Antiterror təmizliyi” əməliyyatları keçirib.
TodayPress “İnterfaks”a istinadən xəbər verir
ki, kriminogen vəziyyətin sabitləşdirilməsi, ayrı-ayrı şəxslərin və cinayətkar
qrupların müəyyən edilməsi məqsədilə ümumilikdə 946 xüsusi tədbir keçirilib.
“Nəticədə ağır və xüsusilə ağır cinayətlər törətməyə
meyilli olan və ölkədə cinayətkarlığın vəziyyətinə mənfi təsir göstərən 418
nəfər müəyyən edilib. Onların barələrində cinayət işi başlanılıb. Başlanmış
cinayət işləri çərçivəsində 169 nəfər həbs edilib, 42 cinayətkar qrupun
fəaliyyətinin qarşısı alınıb. 399 nəfər inzibati məsuliyyətə cəlb olunub,
axtarışda olan 109 nəfər həbd edilib” məlumatda bildirilib.
Qeyd olunub ki, qanunsuz dövriyyədən 80 ədəd silah və
döyüş sursatı, 30,3 kq-dan artıq narkotik vasitə, 4 min 521 ədəd güclü təsir
göstərən narkotik vasitə, 186 ədəd bıçaq, 22 ədəd dəyənək, 17 ədəd mis düyün
çıxarılıb.
tag: Özbəkistan, Cinayət, Həbs, Cinayətkar, todaypress.az,