Özbəkistanda 522 nəfər əfv edildi
Dünya
31.08.2024 12:24
Özbəkistan prezidenti Şavkat Mirziyoyev 522 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Sənəd Özbəkistanda sentyabrın 1-də qeyd olunan Müstəqillik Günü ilə əlaqədar olaraq imzalanıb.
Əfv olunanların 19-u əcnəbi, 56-sı qadın, 25-i 60 yaşdan yuxarı kişi, 233-ü gənc və 27-si qadağan olunmuş təşkilatlarda iştiraka görə məhkum olunub.
Sərəncama əsasən, əfv olunan 522 nəfərdən 159-u əsas cəzanı çəkməkdən, 303-ü şərti olaraq cəza çəkməkdən azad edilib, 60 nəfərin barəsində seçilmiş həbs-qətimkan tədbiri isə dəyişdirilib.
Günəş Mərd
tag: Özbəkistan, Əfv, Məhbuslar, Həbsxana,Müstəqillik Günü , Şavkat Mirziyoyev , todaypress.az,