Özbəkistan rekord sayda turist qəbul etdi
Özbəkistan tarixində ilk dəfə olaraq bir ay ərzində 1 milyondan çox xarici turist qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Turizm Komitəsi rəsmi açıqlama yayıb.
“2025-ci ilin aprel ayında Özbəkistana 1 milyondan çox xarici turist səfər edib. Bu rekord göstərici turizm sahəsində aparılan ardıcıl islahatlar, açıq siyasət və beynəlxalq əməkdaşlığın gücləndirilməsi nəticəsində mümkün olub” deyə açıqlamada bildirilib.
Qiymət Mahir
tag: Özbəkistan,Turist,Qəbul,Rekord,Todaypress.az,