Özbəkistan prezidenti Rusiyaya səfər edəcək
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edəcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, Mirziyoyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə 8-9 may tarixlərində Moskvaya səfər edəcək.
Səfər çərçivəsində o, tədbirlərdə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Türkan İsgəndərli
tag: Özbəkistan,Şavkat Mirziyoyev,Rusiya,Vladimir Putin,todaypress.az,