Özbəkistan ilk dəfə “yaşıl” şəhərlərinin reytinqini açıqladı
Özbəkistanın İqlim dəyişikliyi
üzrə Milli Mərkəzi şəhərlərin ekoloji dayanıqlığının ilk siyahısını - Özbəkistanın
yaşıl şəhərlərin reytinqini (Uzbekistan’s Green Cities Rating) açıqlayıb.
TodayPress xəbər
verir ki, 14 şəhərin daxil olduğu siyahıda birinci yeri 100 baldan 62,29 bal
toplayan Namangan tutub. Adambaşına düşən yaşıllıq sahəsi üzrə lider olan Səmərqənd
61,13 balla ikinci yeri tutub. Üçüncü yerdə respublika üzrə adambaşına ən az
elektrik enerjisi istehlak edən və 59,50 bal toplayan Navoi şəhəri qərarlaşıb.
İlk beşliyə 57,25 balla Karşi
və 56,03 balla Jizak şəhərləri daxil edilib. 46.44 bal toplayan Daşkənd 12-ci
yeri tutub.
Ekoloji cəhətdən davamlı şəhərlərin
reytinqi yeddi göstərici - havanın keyfiyyəti, torpaqdan istifadə, su
istehlakı, nəqliyyat, enerji, tullantılar və sanitariya nəzərə alınmaqla tərtib
olunub.
tag: Özbəkistan, Yaşıl şəhər, Reytinq, Jizak, todaypress.az,