Özbəkistan bəzi əcnəbiləri arzuolunmaz elan edəcək
Dünya
21.09.2024 14:05
Özbəkistan Ali Məclisin Senatı ölkədə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Özbəkistan Ali Məclis Senatının iclasında bildirilib.
Sənədin qəbul edilməsinə səbəb əcnəbilərin ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə çıxışlar etməsi hallarının artması olub.
Arzuolunmaz şəxslərin reyestrini ölkənin Xarici İşlər Nazirliyi tərtib edəcək.
Bu kateqoriyaya daxil olanlara ölkədən çıxmaq üçün 10 gün vaxt veriləcək, əgər imtina edərlərsə, bu müddətdən sonra məcburi deport ediləcəklər.
Günəş Mərd
tag: Özbəkistan, Ali Məclis ,Senat, Əcnəbilər ,todaypress.az,