Ötən ilin oktyabrından indiyədək Qəzzada ölən uşaqların sayı açıqlandı
Dünya
19.11.2024 23:44
2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi
əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.
TodayPress xəbər verir ki, bu barədə anklav
hakimiyyətinin mətbuat xidməti öz “ “teleqram” kanalında məlumat yayıb.
Bildirilib ki, 35 mindən artıq azyaşlı
valideynlərindən birini və ya hər ikisini itirib, 3 500-ə yaxını isə qida
çatışmazlığından əziyyət çəkir.
Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl yaydığı
məlumatlara görə, ümumilikdə 44 minə yaxın fələstinli anklavda gərginliyin
qurbanı olub, 104 mindən çoxu isə yaralanıb.
tag: Qəzza, Uşaq, Ölüm, Müharibə, Fələstin, todaypress.az,