Ötən il Rusiyada enerji istehlakı artdı
Dünya
14.01.2025 23:45
2024-cü ildə Rusiyada enerji istehlakı 3,1% artıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya enerji sistem operatorunun rəhbəri Fyodor Opadçiy jurnalistlərə açıqlamasında bildirib.
O, bildirirb ki, dekabr-yanvar aylarında ölkədə orta temperatur ötən illə müqayisədə təxminən 10 dərəcə yüksək olub.
Opadçinin sözlərinə görə, ötən il üç vahid enerji
sistemində - Rusiyanın mərkəzi, cənub və şimal-qərb regionlarında, eləcə də 13 ərazi
elektrik sistemində elektrik istehlakı rekordları qeydə alınıb.
Aynur TAC
tag: Rusiya, Enerji ,İstehsal, İstehlak, Fyodor, Elektrik, todaypress.az,