Ötən il Polşa Ukraynaya 1,4 milyard avro dəyərində silah satdı
Dünya
25.09.2024 04:44
Polşa 2023-cü ildə Ukraynanı 1,4 milyard
avro dəyərində silahla təmin edib ki, bu da göstərilən dövrdə Varşavanın bütün
silah ixracının 80 %-dən çoxunu təşkil edir.
TodayPress xəbər verir ki, bu barədə Polşanın Xarici
İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Sənədə əsasən, Polşa istehsalçıları Kiyevə 1,419 milyard
avro dəyərində silah və hərbi texnika satıblar. Kiyevin əldə etdiyi mallar
arasında 49 ədəd “Oncilla” yüngül zirehli transportyoru, 18 ədəd “Krab”
özüyeriyən artilleriya qurğusu və 22 ədəd “M74” minaatanı var.
Bundan əlavə, Ukrayna Polşadan 10 mindən çox əl
qumbaraatanları və tank əleyhinə raketlər üçün 24,5 min portativ buraxılış
qurğusu, həmçinin raket sistemləri alıb.
Nazirliyin məlumatına görə, ümumilikdə Polşa xaricə 1,753
milyard avroluq silah satıb, ölkənin silah ixracı 500 milyon avro dəyərində
artım nümayiş etdirib. Ukraynadan savayı, Polşa istehsalı olan silah və
texnikanın əsas alıcıları ABŞ, İspaniya və Almaniya olub.
tag: Ukrayna, Polşa, XİN,Oncilla, todaypress.az,