Ötən həftə Liviya sahillərində 872 miqrant saxlanıldı - BMqT

Dünya

23.07.2024 05:00

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iyulun 20-də başa çatan həftə ərzində Liviya sahillərində 872 miqrantın saxlanılaraq və geri qaytarıldığını açıqlayıb.

TodayPress xəbər verir ki, miqrantlar arasında 60 qadın və 20 uşaq olub.

Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir ki, Liviya sahillərində 2 miqrantın cəsədi çıxarılıb.

BMqT-nin məlumatına görə, bu il ərzində ümumilikdə 11335 miqrant saxlanılıb, 400 miqrant ölüb, 494-ü isə Liviya sahillərində itkin düşüb.

2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 190 nəfər olub.

Nəzrin Cavadzadə

tag: BMqT, Liviya, Miqrant,İtkin, todaypress.az,