Ötən gün Livandan Suriyaya 3800-dən çox insan keçid etdi
Dünya
30.10.2024 03:11
Son 24 saat ərzində Livandan Suriya ərazisinə 3800-dən
çox insan daxil olub.
TodayPress xəbər verir ki, bu barədə “TASS” agentliyi
məlumat yayıb.
“Son gün ərzində 3838 nəfər Əl-Arida, Əl-Cəvasiyə,
Əl-Dabousiyah, Cisr Qamar və Cdaidet Yabous keçid məntəqələri vasitəsilə
Livandan Suriya sərhədini keçib” məlumatda qeyd olunub.
Həmçinin bildirib ki, Rusiya barışıq mərkəzi əl-Həssəka
əyalətinin Uveyca qəsəbəsində humanitar yardım edib və sakinləri arasında 2,9
ton ərzaq paylayıb.
Aynur TAC
tag: Rusiya, Suriya, Livan, Ərzaq, Yardım, todaypress.az,