“Oropuche” virusundan ilk ölüm hadisəsi qeydə alındı

Dünya

26.07.2024 17:25

Braziliyada iki qadın milçək və ağcaqanadlar tərəfindən yayılan xəstəlikdən ölüb.  

TodayPress xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bununla da “Oropuche” virusundan dünyada ilk ölüm qeydə alınıb. 

Xəstəlik hazırda Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peruda yayılmağa başlayıb. Braziliyada təkcə bu il 7 min 236 yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, “Oropuche” virusu insanlara yalnız milçək dişləməsi ilə keçir.

Töhfə Səməd

tag: Braziliya, Oropuche, Boliviya, Kolumbiya, Kuba, Peru, todaypress.az,