“Oreşnik” Belarus ərazilərinə yerləşdirilə bilər

Dünya

06.12.2024 19:48

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın “Oreşnik” kompleksi 2025-ci ilin ikinci yarısında Belarusda yerləşdirilə bilər.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“Biz bu gün bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladığımız üçün mən “Oreşnik” kimi komplekslərin Belarus ərazisində yerləşdirilməsini mümkün hesab edirəm” deyə Rusiya dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, gələn ilin ikinci yarısında Rusiyada sistemlərin seriyalı istehsalının artması və bu raket sistemlərinin Rusiya Strateji Qüvvələrində xidmətə girməsi ilə mümkün olacaq.

Töhfə Səməd 

tag: Rusiya,Belarus,Putin,Oreşnik,todaypress.az,