Orbanın Trampla “SÜLH MİSSİYASI”
Dünya
12.07.2024 10:57
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb və onunla Ukrayna münaqişəsinin həllini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə Orban “X” sosial şəbəkəsində məlumat verib.
“Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhə nail olmağın yollarını müzakirə etdik” deyə Orban bildirib.
Baş nazir əlavə edib ki, Tramp yenidən seçilərsə, onun vasitəsi ilə Ukrayna münaqişəsi həll ediləcək.
Orban keçmiş Amerika lideri ilə görüşünü “sülh missiyası” adlandırıb.
Günəş Mərd
tag: Macarıstan, Orban, Ukrayna, Tramp, Amerika, todaypress.az,