Orbandan Ərdoğana dəstək

Dünya

10.07.2024 14:28

"Türkiyə Rusiya-Ukrayna münaqişçəsində döyüşən tərəflər arasında uğurla vasitəçilik edən yeganə ölkədir".

TodayPress xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban özünün "X" sosial şəbəkə hesabından yazıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sülh missiyasında mühüm tərəfdaş adlandırıb.

Qeyd edək ki, Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın Baş naziri Viktor Orban arasında görüş olub. Türkiyə ilə Macarıstan arasında ikitərəfli əlaqələr, Türkiyənin Avropa Birliyinə üzvlük prosesi, regional və qlobal məsələlər müzakirə edilib.  

Günəş Mərd

tag: Orban, Ərdoğan, Ukrayna, Türkiyə,Rusiya, todaypress.az,