Orbana sui-qəsd hazırlanıb?
Dünya
09.10.2024 17:15
Macarıstanın Baş naziri Viktor Orbana qarşı sui-qəsd hazırlanıb.
TodayPresss xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin müsahibəsində bildirib.
Vulin qeyd edib ki, son vaxtlar Slovakiyanın Baş naziri Robert Fiko və ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına, İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümünə cəhdlər olub.
"Biz həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın həyatına sui-qəsdin hazırlandığı barədə məlumat aldıq" nazir müavini deyib.
Vulinin fikrincə, Qərbin bəyənmədiyi siyasətçilərin həyatı və təhlükəsizliyi sual altındadır. O, qeyd edib ki, onların hamısı Ukrayna ilə bağlı sülh danışıqlarının başlanmasının tərəfdarıdır.
Günəş Mərd
tag: Serbiya ,Qərb, Vuli ,Ukrayna ,Sülh ,Orban ,todaypress.az,