Orban: “Zelenskinin hərbi planı onun məğlubiyyətinə gətirib çıxaracaq”
“Ukrayna prezidenti Volodimir Zelenskinin irəli sürdüyü “Qələbə Planı” onun məğlubiyyətinə gətirib çıxaracaq”.
TodayPress xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Ukrayna lideri öz hərbi planını Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində təqdim edib. İştirakçıların əksəriyyəti hələ də Ukraynada hərbi münaqişənin davam etdirilməsinə sadiqdir.
Hökumət başçısının sözlərinə görə, Macarıstan hesab edir ki, Aİ artıq Ukrayna ilə birlikdə məğlubiyyətə doğru gedir.
“Məğlub olanlar indi qələbə planına keçmək istəyirlər ki, biz bu planda iştirak etməyəcik” deyə Orban vurğulayıb.
Töhfə Səməd
tag: Zelenski, Ukrayna, Macarıstan, Aİ, Qələbə Planı, todaypress.az,