Orban və AK rəhbəri Ukraynaya dəstəklə bağlı mübahisə etdilər

Dünya

09.10.2024 15:50

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen Macarıstanın Baş naziri Viktor Orban ilə debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” yazıb. 

Avropa Parlamentində çıxış edən AK rəhbəri Ukraynanı dəstəkləmək zərurətindən söz açaraq, Macarıstanın quruma sədrliyi haqqında ayrıca danışmaq istədiyini vurğulayıb. O, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsinin vacibliyini bildirib. 

“Biz Ukraynanın müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik” deyə Fon der Leyen qeyd edib.  

Orban Avropa Birliyinin Kiyevə dəstək planının dalana dirəndiyini bildirib və yanaşmanı dəyişməyə çağırıb.

Günəş Mərd

tag: Ukrayna, Macarıstan, Kiyev, Avropa Birliyi ,Parlament ,todaypress.az,