Orban Ukraynanın əleyhinə səs verdi

Dünya

22.04.2025 17:55

8

Macarıstanın Baş naziri Viktor Orban ümumxalq səsverməsində Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının əleyhinə səs verib.

TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.   

"Brüssel və müxalifətin "Tisza" partiyası Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edəcək. Qoymayaq ki, bizim gələcəyimizi həll etsinlər! Mən artıq səs vermişəm" hökumət başçısı "Facebook"da yazıb. 

O, postu əlində tamamlanmış səsvermə bülleteni ilə çəkilmiş fotoşəkili ilə müşayiət edib. 

Töhfə Səməd

tag: Viktor Orban,Ukrayna,Macarıstan,Səs,Todaypress.az,