Orban: “Ukraynanın Aİ-yə qəbulu iflasa sürükləyəcək”

Dünya

06.05.2025 18:30

9

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünün təşkilat üçün fəlakətli nəticələr doğuracağını bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

“Ukraynanın qəbul edilməsi yaxşı razılaşma deyil. Ukrayna əlavə dəyər deyil, bu, müflislikdir” deyə Orban vurğulayıb.

Onun sözlərinə görə, Brüssel tərəfindən Kiyevə ayrılan maliyyə yardımı böyük səhv olub. Baş nazir bu vəsaitin Avropa İttifaqının öz iqtisadi inkişafı üçün istifadə edilməli olduğunu bildirib.

Qiymət Mahir

tag: Macarıstan,Baş nazir ,Viktor Orban,Ukrayna,todaypress.az,