Orban Ukraynada sülhə nail olmaq üçün gizli həmlələrdən danışdı
Dünya
13.09.2024 17:29
“Macarıstan Ukraynaya sülh gətirmək üçün gözlənilməz diplomatik təşəbbüslərlə çıxış etməyə davam edəcək”.
TodayPress xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Sülhməramlı missiya” üçün əlimdə daha bir neçə “kozır” var” deyən baş nazir, hansı addımların atılacağını açıqlamayıb.
Bundan əvvəl Orban bildirib ki, Macarıstanın sülh missiyası Ukrayna münaqişəsinin döyüş meydanından kənarda həlli ilə bağlı Avropada geniş miqyaslı müzakirələrə başlayıb. Onun sözlərinə görə, Macarıstan ilkin olaraq Avropa İttifaqı liderlərinin fikirlərinə əsasən müharibəni dəstəkləyən mövqe tutub. Lakin Macarıstanın baş naziri bu kimi təşəbbüslərdən uzaqlaşmaq lazım olduğunu bəyan edib.
Töhfə Səməd
tag: Ukrayna, Orban ,Macarıstan, Avropa,Baş Nazir ,todaypress.az,