Orban Ukraynada atəşkəs üçün beynəlxalq koalisiyanın yaradılmasını dəstəklədi

Dünya

06.09.2024 17:47

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, atəşkəsə nail olmaq üçün Moskva və Kiyev arasında dialoq yalnız beynəlxalq ictimaiyyətin dəstəyi və marağı ilə mümkündür.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

O, İtaliyanın Çernobbio şəhərində keçirilən forumda çıxış edərək, iyun ayında Budapeştin Aİ-yə sədrlik etməsindən dərhal sonra Kiyev və Moskvaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. Macarıstanın baş nazirinin sözlərinə görə, tərəflərin sülhə nail olmaq arzusu yoxdur, çünki hər iki tərəf zamanın onların xeyrinə olduğuna əmindir: 

"Bizim beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən əsl sülh missiyasına ehtiyacımız var. Biz hamımız sülhün əldə olunmasında maraqlı olduğumuzu nümayiş etdirməliyik" deyə Orban bildirib. 

O, həmçinin qeyd edib ki, Rusiya ilə dialoq olmadan sülhə nail olmaq mümkün deyil. Baş nazir hesab edir ki, Rusiya və Ukrayna liderləri arasında dialoq mümkündür, lakin hər iki tərəfin qəbul edəcəyi sülh planına dərhal nail olmaq mümkün deyil. 

Orban Çernobbioda Volodimir Zelenski ilə görüşməyə ümid etdiyini bildirib. O, bildirib ki, Zelenski ilə yaxşı münasibətləri var. 

Töhfə Səməd

tag: Baş Nazir, Orban, Rusiya, Ukrayna, Zelenski, todaypress.az,