Orban: "Sanksiyalar mümkün qədər tez ləğv edilməlidir"
Dünya
21.12.2024 17:15
"Ukraynadakı münaqişənin həlli Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğvinə gətirib çıxarmalıdır".
TodayPress xəbər verir ki, bu fikri Budapeştdə ilin yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın baş naziri Viktor Orban deyib.
"Ukraynadakı münaqişə bitərsə, Avropa iqtisadiyyatına ziyan vuran “sanksiyalar” da sona çatacaq. Macarıstan hesab edir ki, sanksiyalar mümkün qədər tez və maksimum dərəcədə ləğv edilməlidir" deyə Orban bildirib.
Eyni zamanda, o etiraf edib ki, bu mövqe Macarıstanla yanaşı, Aİ-də yalnız bir və ya iki ölkə tərəfindən paylaşılır. Onun sözlərinə görə, cəmiyyətin qalan hissəsi, o cümlədən Aİ-nin aparıcı dövlətləri fərqli nöqteyi-nəzərdəndir və Rusiyaya qarşı sanksiyaların saxlanmasına sadiqdirlər.
Töhfə Səməd
tag: Viktor Orban ,Macarıstan ,Rusiya, Cəmiyyət ,todaypress.az,