Orban Rusiya Prezidenti ilə görüşündən danışdı
Dünya
05.07.2024 21:07
Putinlə Ukraynada sülhün əldə
olunmasını və bunun üçün ən qısa yolu müzakirə etdik.
TodayPress xəbər verir ki,
bunu Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə
danışıqlardan sonra bildirib.
Orban deyib ki, o, üç mühüm məsələ ilə bağlı Putinin fikrini eşitmək istəyib və eşidib:
“Prezident atəşkəs və sülh
danışıqları haqqında nə düşünür, onların hansı ardıcıllıqla keçirilə biləcəyi və
hərbi münaqişədən sonra Putinin Avropaya baxışı necədir? Kiyev və Moskva səfərlərindən
sonra başa düşdüm ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır".
Macarıstan lideri deyib ki, o,
Rusiya prezidentinə Zelenskinin atəşkəs təklifinə reaksiyası barədə danışıb.
Orban Kiyev və Moskvaya səfərlərindən sonra münaqişənin həlli istiqamətində səylərini davam etdirəcəyini də qeyd edib.
tag: Rusiya,Ukrayna, Macarıstan, Orban, todaypress.az,