Orban: “Oreşnik” münaqişəni nüvə müharibəsinə çevirəcək”

Dünya

29.11.2024 13:55

“Rusiyanın Ukraynaya son hücumunda istifadə etdiyi  “Oreşnik” raketi bütün Qərbi düşündürür”.

TodayPress xarici mediaya istinadən xəbır verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban danışıb.  

“Yeni rus raketinin nümayişi hamımızı düşündürdü. Ümid edirəm ki, bu, təkcə bizdən deyil, Qərbi Avropadan da ehtiyatlılıq tələb edəcək” deyə siyasətçi əlavə edib.

Baş nazir bildirib ki, “Oreşnik” qitələrarası ballistik raketdir və nüvə yükünün texniki parametrlərini öyrəndikdən sonra belə bir silahın işə salınmasının əslində münaqişəni nüvə müharibəsinə çevirəcəyi qənaətinə gəlib.

Qeyd edək ki, Ukraynanın ABŞ və Britaniya istehsalı uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiya ilk dəfə noybarın 22-də Ukrayna ərazisini hipersəsli ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurub.  

Günəş Mərd

tag: Orban, Oreşnik, ABŞ, Britaniya, Ukrayna, todaypress.az,