Orban hərbi əsirlərin mübadiləsi ilə bağlı təklifindən danışdı
Dünya
20.12.2024 11:25
Macarıstanın Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi təşəbbüsü hər tərəfdən təxminən 700 əsgərin mübadiləsini nəzərdə tutur.
TodayPress xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Mən tərəflərin bu cür hərbi əsir dəyişdirilməsi barədə razılığa gəlməsi üçün heç bir maneə görmürəm” deyə Orban əsir mübadiləsi təklifini şərh edərkən qeyd edib.
Dekabrın 17-də Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Rusiya və Ukrayna məhbusların “böyük mübadiləsi” ilə bağlı danışıqlar aparır.
Töhfə Səməd
tag: Rusiya, Macarıstan ,Ukrayna, Orban, todaypress.az,