Orban fon der Lyayenin planlarını tənqid etdi

Dünya

07.05.2025 17:53

22

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukrayna ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib. 

TodayPress xəbər verir ki, Orban öz etirazını "X" sosial şəbəkəsində ifadə edib.

O bildirib ki, Avropa vergi ödəyiciləri Ukraynaya silah və maliyyə yardımı üçün pul ödəməyə məcbur edilirlər və bu vəziyyət onu qəzəbləndirib. 

Qeyd edək ki, Lyayen çıxışında qeyd edib ki, Avropa İttifaqı Ukraynaya hərbi dəstəyi davam etdirməli, Rusiyadan enerji asılılığını tamamilə dayandırmalı və Ukraynanın Aİ-yə üzvlük prosesini sürətləndirməlidir.

Onun fikrincə, bu, Aİ-nin möhkəm mövqe tutmasına xidmət edəcək.

Türkan İsgəndərli

tag: Macarıstan,Orban,Avropa Komissiyası,Ursula fon der Lyayen ,todaypress.az,