Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırdı
Dünya
31.10.2024 23:44
Macarıstanın Baş naziri Viktor Orban
avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq
hesab edir.
TodayPress xəbər verir ki, bu barədə o, Vyanada
“Weltwoche” nəşrinə bildirib.
“Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz
müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın (Avropalı
siyasətçilər - Qeyd) Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi
barbarlıq və axmaqlıqdır” deyə o qeyd
edib.
Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola
bilməyəcək və vəziyyət hər gün daha da pisləşir:
“Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz.
Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır”.
tag: Vyana, Orban, Macarıstan, Rusiya, Ticarət, todaypress.az,