Orban: “Aİ Çinlə soyuq iqtisadi müharibəyə doğru gedir”
Dünya
04.10.2024 14:45
“Avropa İttifaqı Çinlə soyuq iqtisadi müharibəyə doğru gedir” .
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Bloka üzv ölkələr oktyabrın 4-ü Çin istehsalı olan elektrikli avtomobillərin idxalına qarşıdakı beş il ərzində 45%-ə qədər tariflərin tətbiqi üçün səs verəcək. Belə bir qərar Pekinin cavab tədbirləri ilə nəticələnə bilər. Aİ-nin etmək istədiyi soyuq iqtisadi müharibədir" deyə o, qeyd edib.
Günəş Mərd
tag: Viktor Orban ,Macarıstan ,Baş Nazir ,Çin ,Pekin ,Aİ ,Müharibə ,todaypress.az,