Orban 12 ildən sonra Kiyevə səfər etdi
Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edəcək və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, səfər Macarıstanın Aİ Şurasına sədrlik etməsindən bir gün sonra, Orban və Zelenskinin Brüsseldə keçirilən görüşündən iki həftə sonra baş verir.
Macarıstanın Baş naziri Viktor Orban sonuncu dəfə Ukraynaya 2012-ci ildə səfər edib.
Günəş Mərd
tag: Orban, Kiyev, Macarıstan, Ukrayna, Volodimir Zelenski, Baş Nazir, todaypress.az,