Ömürlük azadlıqdan məhrum edilənlərin cəzaları sərtləşdirildi

Dünya

10.01.2025 16:10

Rusiyada ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar üçün yeni cinayət cəzası tətbiq edilib - onlar şərti azadlığa çıxmaq hüququndan məhrum ediliblər. 

TodayPress bu barədə “Rossiyskaya qazeta” məlumat dərc edib.   

Qeyd olunub ki, bu, 2025-ci il yanvarın 8-də qüvvəyə minən “N510-FZ” federal qanunda göstərilib. 

Qanuna görə, dövlətə xəyanət, casusluq, silahlı üsyan və terror kimi 7 növ cinayət törətdiklərinə görə ömürlük azadlıqdan məhrum edilənlər güzəştlərdən məhrum ediliblər.  

Qanun layihəsi Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən təqdim edilib və 2024-cü il dekabrın 17-də deputatların xüsusi müzakirəsi olmadan ikinci oxunuşda qəbul edilib.  

Günəş Mərd

tag: Rusiya ,Ömürlük, Cəza, Məhbus ,todaypress.az,