Omanda məscidə hücum edildi, azı 6 nəfər öldü
Dünya
17.07.2024 00:35
Omanda məscidə edilən hücum nəticəsində
azı 6 nəfər ölüb, 28 nəfər yaralanıb.
TodayPress xəbər
verir ki, hücum bazar ertəsi axşam saatlarında paytaxt Maskatın şərqində yerləşən
Vadi əl-Kəbir bölgəsində şiə müsəlmanları üçün böyük dini tədbir zamanı baş
verib.
Pakistan və Oman səlahiyyətliləri
ölənlər arasında dörd pakistanlı və bir polisin olduğunu, ən azı 28 nəfərin isə
yaralandığını bildirib.
Oman polisi çərşənbə axşamı
verdiyi açıqlamada hücumun arxasında duran 3 silahlının öldürüldüyünü
açıqlayıb.
Hələlik hücuma görə məsuliyyəti
üzərinə götürən olmayıb.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Oman, Məscid, Maskat, Vadi əl-Kəbir,