Ölümün yaxınlaşdığını göstərən əlamətlər – Elmi araşdırma

Dünya

06.06.2024 15:00

ABŞ Milli Qocalma İnstitutunun alimləri belə qənaətə gəliblər ki, nəfəs darlığı ölümə yaxınlaşmağın ən bariz əlamətlərindən biridir.

TodayPress xəbər veirr ki, bu barədə araşdırmanı "The Daily Express" nəşri dərc edib.

Alimlərin fikrincə, qaçılmaz ölümün əlamətləri ya fiziki, ya da psixolojidir. Birincisi, nəfəs darlığı daxildir. Eyni zamanda, digər bir əlamət diqqətin və konsentrasiyanın pozulmasıdır.

Həmçinin bildirilib ki, depressiya və ya artan narahatlıq hissi də bu əlamətlərə daxildir.

"Depressiya və narahatlıq ölümün siqnalını verə biləcək ən çox yayılmış psixi sağlamlıq simptomlarından ikisidir", - deyə nəşr qeyd edib. 

Mütəxəssislər həmçinin aşkar ediblər ki, artan yorğunluq və yuxululuq yaxınlaşan ölümü göstərə bilər.

"Ölmək üzrə olan insanlar daha az aktiv olmağa, istirahətdə daha çox vaxt keçirməyə və əhəmiyyətli dərəcədə çox yatmağa meyllidirlər", - alimlər deyir. (BAKU.WS)

tag: Ölüm, Araşdırma, Depressiya, Əlamət, todaypress.az,