Ölümcül xəstəlik yayılmaqda davam edir: Ölənlərin sayı mini keçdi

Dünya

20.11.2024 17:05

Avqustda vəba epidemiyası elan edilmiş Sudanda xəstəliyə yoluxanların sayı 40 minə yaxınlaşıb.

TodayPress “Yeni Şafak”a istinadən xəbər verir ki, Sudan Səhiyyə nazirliyinin verdiyi açıqlamaya görə, 38 min 817 nəfər vəbaya yoluxub. Həyatını itirənlərin sayı isə 1072-yə yüksəlib.  

İyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin daha geniş yayılmasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəlikləri riski altında olduğunu bildirib. BMT-nin Uşaq Fondu Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Günəş Mərd

tag: Sudan,BMT,Koordinasiya,Müharibə,Virus,Ölümcül,todaypres.az,