Ölümcül xəstəlik Yaponiyanı cənginə aldı
Dünya
11.06.2024 17:30
Yaponiyada hemolitik streptokok infeksiyasına yoluxmaların sayı rekord səviyyəyə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ağır hallarda xəstəlik qol və ayaq toxumalarının ölümünə səbəb ola bilər, bunun üçün patogenə "ət yeyən bakteriyalar" ləqəbi verilir.
2024-cü ilin əvvəlindən 977 yoluxma halı təsdiqlənib, son bir ayda isə 176 yoluxma halı müəyyən edilib. Ən çox yoluxma halı Tokioda (6 ay ərzində 145 hadisə) qeydə alınıb.
İnfeksiyaların artmasının səbəbləri hələ dəqiq müəyyən edilməyib.
Günəş Mərd
tag: Xəstəlik, Yaponiya, Ət Yeyən Bakteriyalar, Ölümcül, todaypress.az,