Ölümcül istilər Qərbi Afrika və Cənubi Asiyanı həyat üçün yararsız edəcək

Dünya

30.07.2024 16:50

İqlim dəyişikliyi Qərbi Afrika və Cənubi Asiya sakinlərinə daha çox mənfi təsir göstərə bilər. Bu barədə CNN telekanalı Perdyu Universitetinin araşdırmasına istinadla xəbər verir.

TodayPress xarici mediaya istinadla xəbər verir ki, ekspertlər 2024-cü ilin qızmar yayının gələcək istilərlə müqayisədə sərin görünəcəyini bildiriblər. Yuxarıda qeyd edilən bölgələrdə əhalinin sıxlığı yüksəkdir və kondisionerdən istifadə imkanları məhduddur. Bu amillər həmin regionlarda yaşamağı qeyri-mümkün edir.

Alimlərin fikrincə, qlobal istiləşmənin güclənməsi fonunda ABŞ-nin bəzi əraziləri, xüsusən də orta qərb hissəsi ekstremal temperaturların episentrinə çevrilə bilər.

tag: Cənubi Asiya, Qərbi Afrika, Perdyu , ABŞ, Alimlər, todaypress.az,