Ölümcül Beril qasırğası Yamaykaya doğru irəliləyir
Dünya
03.07.2024 23:30
Karib dənizində meydana gələn
“Beril” qasırğası Yamayka istiqamətində irəliləyir.
TodayPress xəbər verir ki, təbii
fəlakətin təxminən 12 saat ərzində ada dövlətində hökm sürəcəyi gözlənilir.
Yamayka rəhbərliyi əhalini sığınacaqlara yerləşmək və bütün lazımi tədbirləri
görməklə bağlı xəbərdarlıq edib.
Həftənin əvvəlindən bu yana
Karib dənizində irəliləyən qasırğa Qrenada və Sent Vinsent və Qrenadin ada dövlətlərinə
dağıdıcı təsir göstərib. Təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib.
Qasırğa Sent Vinsent və Qrenadin adalarına daxil olan 3 min əhalinin yaşadığı
Yunion adasında demək olar ki, bütün tikililəri dağıdıb.
“Beril” qasırğası iyun ayında
baş verən ilk qasırğa kimi qeydə alınıb.
Həftənin əvvəlindən başlayan
“Beril” qasırğası Saffir-Simpson qasırğa şkalasına əsasən 5-ci kateqoriyaya
qalxaraq saatda 270 km sürətə kimi yüksəlib. Hazırda qasırğanın sürətinin bir qədər
azaldığı deyilir.
tag: Beril, Qasırğa, Yamayka, Karib, todaypress.az,