Ölüm xəbəri yayılan SEPAH komandiri ictimaiyyət qarşısına çıxdı
Dünya
15.10.2024 10:45
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlılarının komandanı, general-mayor İsmayıl Qaani həmkarı Abbas Nilforuşanın cənazəsinin Livandan vətənə qaytarılması ilə bağlı mərasimdə iştirak edib.
TodayPress xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Bildirilib ki, mərasim Tehranın Mehrabad hava limanında baş tutub. Burada Qaani ilə yanaşı, mərhumun həmkarları və ailə üzvləri də iştirak edib.
Xatırladaq ki, oktyabrın 6-da “Reuters” bəyanat yaymışdı ki, İsrailin Beyruta endirdiyi hava zərbələrindən sonra Əl-Qüds qüvvələri komandiri öldürülüb. Onun Livana sentyabrın 27-də “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah öldürüldükdən sonra getdiyi iddia edilir. Lakin Qərbdə yayılan xəbərlərə baxmayaraq, İran tərəfi dəfələrlə Qaaninin ölümünü təkzib edib.
Töhfə Səməd
tag: SEPAK, Komandir ,Tehran ,Hava Limanı ,Beyrut ,todaypress.az,