Ölüm riskini azaldan içki
Dünya
24.06.2024 15:33
Ofisdə və ya divanda uzunmüddətli əyləşmək, hərəkətsiz qalmaq sağlamlığa ölümcül təsir göstərə bilər. Lakin yeni tədqiqat göstərir ki, bir fincan qəhvə içmək bu riski minimuma endirir.
TodayPress xəbər verir ki, ABŞ-də 10 mindən çox insan üzərində aparılan araşdırma qəhvə içməyin gündə altı və ya daha çox saat oturmağın mənfi təsirlərindən qoruna biləcəyini müəyyən edib.
Alimlər qəhvə içmədən oturaq həyat tərzi keçirən insanlarla müqayisədə qəhvə içənlərin 13 il sonra ölmə ehtimalının 1,58 dəfə az olduğunu bildiriblər.
Nərmin Tuncay
tag: Ölüm, Risk, ABŞ, Sağlamlıq, Ölüm, todaypress.az,