Olimpiya Oyunlarının rəsmi açılışına yaxın Parisdə etiraz nümayişi keçirilir
“Paris-2024” Olimpiya
Oyunlarının rəsmi açılışına saatlar qalmış 80 təşkilat Olimpiya Oyunlarına
etiraz etmək məqsədilə Respublika meydanına toplaşıblar.
TodayPress xəbər
verir ki, 300-dən çox nümayişçi əllərində “Olimpiya Oyunları sosial təmizləmə:
12 500 insan qovulub” şüarı yazılmış plakatlarla Respublika meydanındakı heykəlin
qarşısına toplaşıb. Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün
olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji
böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.
“Solidaires” həmkarlar
ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil
etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və
evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.
Assosiasiyalar Olimpiya
Oyunları yaxınlaşdıqca Paris ətrafında əsasən miqrantların məskunlaşdığı
qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.
“Watizat” assosiasiyasının
koordinatoru küçələrdə yaşayan evsiz insanların qeyri-insani şəkildə təxliyə
edilmələrinin onların psixi durumuna ciddi təsir etdiyini bildirib.
“Utopia 56” assosiasiyası ilə birlikdə bir neçə yüz insan təcili yerləşdirmə tələbi ilə 3 gündür Parisin 18-ci rayonunun meriyası qarşısında etiraz nümayişi keçirir. Assosiaisyalar qeyd edirlər ki, Sena çayının təmizlənməsinə (1,4 milyard avro) xərclənən vəsait ən həssas təbəqə üçün Parisdə 7000, Fransada isə 20 min yaşayış yerinin tikintisinə istifadə edilə bilərdi.
tag: Paris-2024, Etiraz, Fransa, Təşkilat, todaypress.az,