Öldürülən rus əsgərlərinin əşyaları “YouTube”da satıldı

Dünya

08.09.2024 17:40

Polşalı jurnalist Karolina Baça-Poqorzelska özünün “YouTube” kanalında Kursk vilayətində öldürülən rus əsgərlərinə məxsus əşyaları satıb.

TodayPress xəbər verir ki, bu barədə “MK” məlumat yayıb.

Karolina bildirib ki, hərraca çıxarılan əşyalar ona Ukrayna Silahlı Qüvvələrində xidmət edən nişanlısı vasitəsilə çatıb.

Jurnalistin satdığı əşyalar arasında qol saatları, papaq və s. məhsullar olub.

Töhfə Səməd

tag: Polşa,Jurnalist,Rus,Kursk,Əşya,Satmaq,Youtube,todaypress.az,