Olaf Şoltsun partiyasının reytinqi düşdü

Dünya

22.09.2024 16:43

Almaniyada hakim koalisiyaya daxil olan kansler Olaf Şoltsun Sosial Demokrat Partiyasının (SDP) reytinqi aşağı düşüb.

TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzetinin sifarişi ilə “INSA” sosioloji institutunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Bildirilib ki, SDP-nin əksinə sağçı “Almaniya üçün Alternativ” partiyasının Türingiyada yerli seçkilərdəki qələbəsindən və Saksoniyada keçirilən seçkilərdəki uğurundan sonra reytinqləri son 6 ayın ən yüksək səviyyəsinə yüksəlib.

Sorğunun nəticələrinə görə, Almaniya seçicilərinin 20%-i sentyabrın sonunda sağçılara səs verməyə hazırdır. Eyni zamanda, almanların 32%-i “Xristian Demokrat İttifaqı”na səs verməyə razıdır.

tag: Almaniya, Olaf Şolts,Sosial Demokrat Partiyası,INSA,Almaniya üçün Alternativ,Türingiya,Xristian Demokrat İttifaqı,todaypress.az,